Dünya
Afina Ankaraya qarşı gizli silah planını işə salır: Bu addımı atacaqlar
Yunanıstanın müdafiə naziri Nikos Dendias silah ticarətində Türkiyə əleyhinə yeni doktrina tətbiq etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, "in.gr" saytının məlumatına görə, məqsəd Yunanıstanın aldığı əsas silah sistemlərinin Türkiyəyə satışının qarşısını almaqdır.
Bildirilir ki, Dendias xüsusilə Hərbi Dəniz Qüvvələri üçün yeni sualtı qayıqların alınmasına dair imzalanacaq mümkün müqavilələrə əlavə maddə daxil etməyi planlaşdırır. Məqsəd Yunanıstanın gələcəkdə satın alacağı hərbi sistemlərin Türkiyəyə satılmasının qarşısını almaqdır.
Dendiasın bu addımının Almaniyanın həm Yunanıstana, həm də Türkiyəyə "Tip 214" sualtı qayıqları satmasını istəməməsindən qaynaqlandığı vurğulanıb.
İddiaya görə, Dendias xarici işlər naziri olduğu dövrdə almanlarla görüşlərində bu məsələni dəfələrlə qaldırıb və onları "Ankaraya təslim olmamağa" inandırmağa çalışıb. 2020-ci ilin oktyabr ayında o, Almaniya, İspaniya və İtaliyanın o vaxtkı xarici işlər nazirlərinə Türkiyəyə qarşı silah embarqosu tələb edən məktublar göndərib.
Roza
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































