Neft qiymətləri kəskin bahalaşır, səhmlər ucuzlaşır
Bizi izləyin

Dünya

Neft qiymətləri kəskin bahalaşır, səhmlər ucuzlaşır

ABŞ və İsrailin İrana hücumları nəticəsində xam neftin qiyməti kəskin artıb, səhmlər isə ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, bu gün səhər Asiyada "Brent" markalı xam neftin qiyməti 13 faizə qədər yüksəlib, günün sonrakı hissəsində isə sabitləşib.

Tokio mediasının məlumatına görə, beynəlxalq etalon sayılan "Brent" təxminən 5 faiz artaraq bir barel üçün 76,48 dollar olub.

Asiya fond birjaları enişlə açılıb. Honq Konqun Hang Seng indeksi təxminən 2 faiz, Yaponiyanın əsas göstəricisi olan Nikkei 225 isə təxminən 1,5 faiz azalıb.

ABŞ-da "S&P 500" və texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi "Nasdaq Composite" indekslərini izləyən fyuçerslər hər ikisi təxminən 0,7 faiz enib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm