Dünya
İran üçün ikinci cəbhə açılır: Netanyahu müdaxilə etdi, Tramp kürd liderlərlə danışdı
ABŞ prezidenti Donald Tramp İraqdakı Kürdüstan Vətənpərvər Birliyinin (PUK) rəhbəri Bafel Tələbani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzani ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, müzakirələrdə ABŞ və İsrailin İrana hücumlarının gedişatı və mümkün növbəti addımlar müzakirə olunub.
Portala danışan mənbələrə görə, bu danışıqlar İsrail Baş naziri Binyamin Netanyahunun "aylarla davam edən pərdəarxası səylərinin" nəticəsidir. Mənbələr iddia edib ki, İrana qarşı hücumlarda israrlı və rejim dəyişikliyinə çağırışlar edən Netanyahu Ağ Evdəki görüşdə ilk dəfə Trampa kürdləri "təklif" edib.
Xəbərdə kürdlərin İran-İraq sərhədi boyunca minlərlə silahlı qüvvəyə malik olduğu və onların nəzarət etdiyi strateji ərazilərin müharibənin gedişatı üçün vacib ola biləcəyi vurğulanıb.
Digər tərəfdən, Ağ Evin sözçüsü Karolin Leavitt bu danışıqlarla bağlı suala cavab olaraq "Donald Tramp son günlərdə bölgədəki bir çox müttəfiq və tərəfdaşla əlaqə saxlayıb" deyib.
Roza
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
































