Dünya
Uqandalı general "ağıllandı" - Türkiyədən ən gözəl qadını tələb etmişdi
Uqanda Müdafiə Qüvvələrinin rəhbəri və Prezident Yoveri Museveninin oğlu Muhoozi Kainerugaba sosial mediada Türkiyə ilə bağlı səsləndirdiyi sərt fikirlərdən geri çəkilib.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, qalmaqala səbəb olan paylaşımlarını silən general sonrakı açıqlamasında daha yumşaq mövqe sərgiləyib.
“Türkiyədəki 86 milyon bacı-qardaşımı sevirəm. Təhqirlərin mənim üçün əhəmiyyəti yoxdur. Uqandadan türk xalqına sevgi göndəririk”, - deyə o bildirib.
Qeyd edək ki, Kainerugaba bundan əvvəlki paylaşımında Türkiyəyə qarşı sərt tələblər irəli sürərək 1 milyard dollar və ən gözəl qadını tələb etmişdi. O, “Əsl problem Türkiyədir. Onların hərəkətə keçməsini gözlədik, amma nəticə vermədi. Problemlərimizi həll etməsələr, növbəti 30 gün ərzində Türkiyə ilə bütün diplomatik əlaqələri kəsəcəyik. Həmçinin onların aviaşirkətlərini də bloklayacağıq” ifadələrini işlətmişdi.
Müəllif: Roza
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər





























.png)


.jpg)



