Rusiya və Çinin gücü bəyanata çatır
Bizi izləyin

Dünya

Rusiya və Çinin gücü bəyanata çatır

Rusiya və Çin, ABŞ və İsrailin İrana hücumlarını tənqid ediblər.

Publika.az "Al Jazeera"-yə istinadən xəbər verir ki, Moskva Tehranın nüvə silahı hazırladığına dair heç bir sübut görmədiyini bildirib, Pekin isə birgə hücumların dərhal dayandırılmasını tələb edib.

Məlumata görə, Çinin xarici işlər naziri Van Yi ötən gün israilli həmkarı Gideon Saarla telefon danışığı aparıb.

"Vaşinqton və Tehran arasında danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmişdi. Təəssüf ki, bu proses hərbi əməliyyatlarla dayandırılıb. Çin İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hər hansı hərbi hücumlara qarşıdır", - deyə o, bildirib.

Van qeyd edib ki, Çin münaqişənin daha da gərginləşməsinin və nəzarətdən çıxmasının qarşısını almaq üçün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən gün mətbuat konfransında ABŞ və İsraili tənqid edib. O bildirib ki, İrana qarşı müharibə nüvə silahlarının yayılmasına səbəb ola bilər.

“İranda məhz nüvə bombası əldə etməyi dəstəkləyən qüvvələr meydana çıxa bilər. Çünki ABŞ nüvə bombası olanlara hücum etmir. Ərəb ölkələri də nüvə silahı əldə etmək yarışına qoşula bilər və nüvə silahlarının yayılması problemi nəzarətdən çıxaraq sürətlə artmağa başlaya bilər", - deyə Lavrov qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm