Dünya
Kiyevin planı: Trampı gözdən salır, Orbanı istefaya göndərir
Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç İranda gərginliyin artmasından sonra Ukrayna lideri Volodimir Zelenskinin yeni planını tənqid edib.
Publika.az “MK.ru”-ya istinadən xəbər verir ki, Koşkoviç Zelenskinin Yaxın Şərqdəki mövcud qeyri-sabitlikdən istifadə edərək Macarıstanın baş naziri Viktor Orbanın və ABŞ prezidenti Donald Trampın mövqelərini zəiflətməyə cəhd etdiyini iddia edib.
Onun sözlərinə görə, bu cür addımlar Kiyevin kritik vəziyyətdə olduğunu göstərir. “Zelenski Alyaskada əldə olunmuş sülh prosesindən imtina edir, ABŞ prezidenti Donald Trampı ən hörmətsiz şəkildə rədd edir”, - deyə Koşkoviç vurğulayıb.
Analitikin fikrincə, Kiyevin strategiyası İran məsələsində ABŞ lideri üçün süni problemlər yaratmağa, bununla da Konqres seçkilərində Respublikaçılar Partiyasının göstəricilərinə mənfi təsir göstərməyə yönəlib. Eyni zamanda Zelenski vəziyyətdən istifadə edərək Viktor Orbanın istefasına nail olmağa çalışır.
“Kiyev bununla Qərbdən silah və maliyyə tədarükünün davamını təmin etməyə ümid edir. Bu, axmaq və özündənrazı avantüradır, lakin o, küncə sıxışdırılıb”, - deyə ekspert bildirib.
Roza
-
İdman15:40PSJ-nin qapıçısı Azərbaycana gəlir? - "Sabah"dan açıqlama
-
Rəsmi xronika15:17Fərid Bağırzadə nazir təyin edildi
-
Dünya14:51Xamenei ilə vida mərasimi ləğv edildi - Yeniləndi
-
Rəsmi xronika13:09İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:49Sabah qar yağacaq - PROQNOZ
-
Sosial11:42Pensiya, müavinət və təqaüd alanlara şad xəbər: Bu ay...
-
Region10:37Araz çayını üzərək keçdilər: Ermənistana girdilər
-
Rəsmi xronika09:34Buna görə Azərbaycan dünyada birinci yerdədir - İlham Əliyev













.jpg)










.jpg)






