Epşteynin “Rüsvayçılıq xiyabanı” açıldı - Kimlərin adı var?
Bizi izləyin

Dünya

Epşteynin “Rüsvayçılıq xiyabanı” açıldı - Kimlərin adı var?

Vaşinqton şəhərinin mərkəzində, Ağ Evə yaxın ərazidə naməlum fəallar tərəfindən Ceffri Epşteynin dost və tanışlarına həsr olunmuş “Rüsvayçılıq xiyabanı” yaradılıb.

Publika.az xəbər verir ki, Ferrequt meydanının döşəməsində Hollivudun "Şöhrət Xiyabanı"nı xatırladan ulduz formasında stikerlər yapışdırılıb. Həmin ulduzların üzərində Epşteyn işi ilə bağlı yaxın vaxtlarda məxfilikdən çıxarılmış sənədlərdə adı keçən məşhurların adları yazılıb.

Hər bir ulduzda Epşteyn dosyesindəki müvafiq sənədlərə yönləndirən QR-kod yerləşdirilib. Ulduzlarda adı qeyd olunanlar arasında ABŞ-ın sabiq prezidenti Bill Klinton, “Microsoft”un qurucusu Bill Qeyts, Böyük Britaniya şahzadəsi Endryu, məhkum edilmiş şəriki Gislain Maksvel, maqnat Les Veksner və ticarət naziri Hovard Lutnik də var.

Qeyd olunur ki, sənədlərdə adın çəkilməsi təqsirin sübutu hesab edilmir. Lakin faylların açıqlanması bir çox ictimai şəxsləri Epşteynlə əlaqələrinə dair açıqlama verməyə vadar edib. (Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm