İdman
UFC rekordçusu erməni haqda: Psixoloqa müraciət etsin
Keçmiş UFC döyüşçüsü Mett Braun Arman Tsarukyanın döyüşdən sonra kütləvi davaya səbəb olduğu hərəkətinə reaksiya verib.
Publika.az xəbər verir ki, erməni RAF turnirində iştirak edib və qalib gəlmişdi. O, döyüşdən sonra rəqibinə bir neçə yumruq vurub və kütləvi davaya səbəb olub.
“İlk düşüncəm bu idi ki, bütün bunlar Arman üçün pis görünür. Bu mənasızdır. Arman bir daha göstərdi ki, o, tez-tez nəzarətsiz duruma düşür. Sakitləşməyi, bir addım geri çəkilməyi və əlindəki işə diqqət yetirməyi öyrənməlidir.
O, rəqibinə hücum edərkən dəhşətli bir qərar verdi. Emosiyalarının öhdəsindən gəlmək üçün psixoloqa və ya başqasına ehtiyacı var. Əgər Deyn Uayt bu epizodu Armana qarşı istifadə etmək qərarına gəlsə, o, hərəkətlərindən ciddi şəkildə peşman olacaq”, – deyə Braun podkastında bildirib.
Braun, UFC-nin yarımorta çəki dərəcəsində fasiləli qələbələr və nokaut qələbələri rekorduna sahibdir.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı





























.png)


.jpg)



