ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir

Ağ Evin mətbuat katibi Kerolayn Levitt İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, ABŞ kəşfiyyat orqanlarının İranın yeni ali rəhbərinin seçilməsi prosesini izlədiyini söyləyib.

"Kəşfiyyat orqanlarımız bunu yaxından izləyir və araşdırır. Nə baş verəcəyini gözləməli olacağıq", - deyə Levitt qeyd edib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərə görə, ekspertlər şurası çərşənbə günü səhər tezdən Müctəba Xameneini yeni ali rəhbər elan etməyə hazırdır. Lakin bəzi şura üzvləri bu seçimin onu ABŞ və İsrail hücumlarının hədəfinə çevirəcəyindən narahatdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm