Yaxın Şərq
Kürd qüvvələri İrana girir? - Bərzani Əraqçiyə bildirdi ki...
İraq Kürdüstanının lideri Neçirvan Bərzani bildirib ki, İraq Kürdüstanı Yaxın Şərqdəki silahlı münaqişədə iştirak etməyəcək.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı verib.
Tərəflər regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin münaqişənin daha da alovlanmasına səbəb ola biləcək hər hansı bir hərəkətə qarşı çıxıblar.
Bərzani bildirib ki, İraq Kürdüstanı regionda sabitləşdirici amil olaraq qalmaq niyyətindədir. O əlavə edib ki, regional hakimiyyət orqanları gərginliyin azaldılmasına və tammiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş diplomatik səyləri dəstəkləyir.
Daha əvvəl mediada kürd qüvvələrinin guya İrana qarşı quru əməliyyatı başlatdığı barədə məlumatlar yayılmışdı. Bu barədə mənbələrə istinadən israilli jurnalist Yuliya Pobeqaylova və amerikalı jurnalist Cennifer Qriffin məlumat veriblər.
Tural
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi



























.png)







