Dünya
Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30MKI" qırıcısının heyəti uçuş zamanı rabitəyə çıxmağı dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Hindistan HHQ-nin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bəyanatda bildirilir ki, Hindistana məxsus "Su-30MKI" qırıcısının enişində gecikmə qeydə alınıb.
Məlumata görə, hava gəmisi Assam ştatında yerləşən Corhat şəhərindən havaya qalxıb. Heyət sonuncu dəfə yerli vaxtla saat 19:42-də (Bakı vaxtı ilə 18:12) əlaqəyə çıxıb. Qırıcının itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına başlanılıb. "Su-30MKI"-nin itməsinə nəyin səbəb ola biləcəyi barədə rəsmi məlumat daxil olmayıb.
Hüseyn İbadlı
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı
































