Budapeşt Kiyevdən tələb edir: Üç gün ərzində...
Bizi izləyin

Dünya

Budapeşt Kiyevdən tələb edir: Üç gün ərzində...

Budapeşt Kiyevdən “Drujba” neft kəmərini üç gün ərzində açmağı tələb edib.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə katibi Qabor Çepek bəyanat yayıb.

O, Ukraynanın Baş nazirinin müavininə məktub göndərdiyini bildirib. Sənəddə Ukraynadan üç gün ərzində ya “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməsi, ya da infrastrukturu yoxlamaq üçün macar müfəttişlərinin ölkəyə buraxılması tələb edilib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orbanın tapşırığı ilə neft kəməri ətrafındakı vəziyyəti araşdırmaq üçün xüsusi ekspert qrupu da yaradılıb.

Çepek qeyd edib ki, “Drujba” Macarıstanın enerji təchizatında əsas marşrut olaraq qalır. Bu magistral vasitəsilə ölkəyə hər il təxminən 5 milyon ton neft daxil olur.

Həmçinin neft tədarükünün bərpasına qədər Macarıstanın Avropa İttifaqının Ukraynanı dəstəkləməyə yönəlmiş qərarlarını bloklayacağı vurğulanıb. Cavab addımı kimi Macarıstan artıq Ukraynaya dizel yanacağının tədarükünü və Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avroluq hərbi kreditin verilməsini də dayandırıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm