İdman
AFFA “Qarabağ” – “Sabah” oyunu ilə bağlı yenidən araşdırma aparacaq
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" matçında baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.
AFFA-nın mətbuat xidmətindən verilən açıqlamada sözügedən qarşılaşmanın 84-cü dəqiqəsində yaşanan insidentlə bağlı ilkin mərhələdə cəza kəsilməməsinin səbəblərinə aydınlıq gətirilib:
"Qarabağ" - "Sabah" oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə etməyib. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunmuş, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmayıb.
Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmamışdır ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırıb.
Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılıb. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcək.
Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.
Bu baxımdan belə texniki çəkilişlərin və hadisəni tam əks etdirən materialların vaxtında və rəsmi qaydada AFFA İntizam Komitəsinə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür materialların operativ şəkildə təqdim edilməsi hadisələrin daha dolğun araşdırılmasına və hüquqi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verir".
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



