İdman
Bütün dünya ondan danışır: 6 milyon izləyici topladı
Qış Olimpiya Oyunları 2026-da qazandığı qələbədən sonra amerikalı fiqurlu konkisürən Alysa Liu təkcə idman deyil, həm də dünya miqyasında media ulduzuna çevrilib.
Publika.az xəbər verir ki, qadınların fiqurlu konkisürmə yarışında möhtəşəm qələbədən sonra onun sosial şəbəkələrdə populyarlığı sözün əsl mənasında “partlayıb”. Oyunlar başlamazdan əvvəl Liunun hesabını təxminən 200 min istifadəçi izləyirdisə, indi bu rəqəm 6 milyona yaxınlaşır. Beləliklə, cəmi bir neçə gün ərzində auditoriyası demək olar ki, 20 dəfə artıb.


Bu da hamısı deyil. İdmançının videoları milyonlarla baxış və minlərlə şərh toplayır. Ən viral videolardan biri onun sınmış qızıl Olimpiya medalını göstərdiyi kadrlar olub. Həmin video 64 milyon baxış toplayıb. Bu görüntülər dərhal internetdə yayılıb və çempiona olan marağı daha da artırıb.
Hazırda Liu yalnız ABŞ-da deyil, vətənindən kənarda da böyük populyarlıq qazanıb. İdmançı bununla kifayətlənməyərək “TikTok” platformasında da hesab açıb. Yeni səhifə cəmi bir neçə gün ərzində təxminən 100 min izləyici toplayıb və videolar yüksək baxış sayı yığmağa davam edir.
Xatırladaq ki, 20 yaşlı idmançı birdən-birə iki qızıl medal qazanıb – fərdi və komanda yarışlarında. Fərdi çıxışda o, yaponiyalı Kaori Sakamoto-nu cəmi 2,43 xal qabaqlayaraq fiqurlu konkisürmə üzrə son 24 ildə fərdi Olimpiya qızılı qazanan ilk amerikalı olub.

-
Dünya11:22Uqandalı general "ağıllandı" - Türkiyədən ən gözəl qadını tələb etmişdi
-
ABŞ11:10ABŞ-la Vatikanın "müqəddəs müharibə"si: Vens Papaya "Öz işinlə məşğul ol!" dedi
-
Sosial10:27Gənc qızlar yolda elə hərəkətlər etdi ki... - Bakıda ŞOK OLAY/ VİDEO
-
Maraq dünyası10:24Aşiq olacaq bürclər - Bəxtləri açıldı
-
ABŞ08:10İranda məqsədlərimizə çatdıq, indi isə... - Vens
-
Sosial07:55Azərbaycanda cərimələrlə bağlı yenilik tətbiq oluna bilər - Şad xəbər
-
Dünya06:46İran ABŞ-ın blokadasına görün necə hazırlaşıb
-
İdman05:15Matçda maraqlı hadisə: Hakim belə biabır oldu
































