Dünya
İranda müharibə Makronu xilas etdi - Sorğu
Fransa prezidenti Emmanuel Makrona olan etimad reytinqi onun nüvə silahı ilə bağlı bəyanatından sonra gözlənilmədən artıb.
Publika.az xəbər verir ki, “Les Echos” qəzetində dərc olunan sorğu nəticələrinə görə, dövlət başçısının fəaliyyətinə dəstək səviyyəsi 25 faizə çatıb.
Tədqiqatçılar bu artımı İsrail və ABŞ-ın İranda başladığı əməliyyat və bunun ardınca Fransa liderinin nüvə çəkindirməsi mövzusuna toxunduğu çıxışı ilə əlaqələndirirlər.
Makronun nüvə silahı ilə bağlı bəyanatına Moskva da reaksiya verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov siyasətçini tənqid edərək bildirib ki, bu cür açıqlamalar nüvə silahlarının nəzarətsiz yayılması riskini artırır.
Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo isə Makronu hakimiyyətdə qalmaq üçün Fransanı İranla müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.
Qeyd edək ki, Emmauel Makron bir neçə gün öncəki çıxışında Avropa müttəfiqləri ilə daha geniş əməkdaşlığa keçidi nəzərdə tutduğunu bildirib. Bu əməkdaşlıq müttəfiqlərin nüvə çəkindirməsi ilə bağlı hərbi təlimlərdə iştirakını və ya müəyyən hallarda strateji vasitələrin onların ərazisində yerləşdirilməsini əhatə edə bilər.
Roza
-
İdman23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin118:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA














.jpg)





















