İrandan kürdlərə xəbərdarlıq - Bu halda genişmiqyaslı hücumlar həyata keçiriləcək
Bizi izləyin

Dünya

İrandan kürdlərə xəbərdarlıq - Bu halda genişmiqyaslı hücumlar həyata keçiriləcək

İran İraq Kürdüstanına hücumla bağlı xəbərdarlıq edib.

Publika.az “Al Jazeera”-yə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bəyanat yayıb.

O bildirib ki, əgər yerli hakimiyyət orqanları ABŞ və İsrail tərəfindən dəstəklənən və İrana daxil olmağı planlaşdıran üsyançı qruplara qarşı tədbir görməsə, İran İraqın Kürdüstan bölgəsində genişmiqyaslı hücumlar həyata keçirə bilər.

Əhmədian İranın indiyə qədər yalnız ABŞ və İsrail bazalarını, separatçı qruplarını hədəfə aldığını iddia edib.

Həmçinin o, xəbərdarlıq edib ki, əgər bu cür qruplara İrana daxil olmağa icazə verilərsə, İraq Kürdüstanının bütün obyektləri hədəfə alına bilər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm