Dünya
Fırıldaqçılar pensiyaçı qadının yarım milyon manatını belə ələ keçirdi
Rusiyada pensiyaçı qadın fırıldaqçıların qurbanına çevrilərək 22 milyon rubldan (təxminən 474 min manat) çox pulunu itirib.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcə qadına özünü çatdırılma xidmətinin əməkdaşı kimi təqdim edən naməlum şəxs zəng edib və ondan SMS-lə gələn kodu tələb edib. Bundan sonra zərərçəkənə guya onun adına etibarnamə rəsmiləşdirildiyi barədə bildirişlər gəlib.
Daha sonra onunla özlərini təhlükəsizlik xidməti əməkdaşları kimi təqdim edən şəxslər əlaqə saxlayıb və pulları “təhlükəsiz hesablar”a köçürməyə razı salıblar.
Qadın bank tətbiqi vasitəsilə göstərilən rekvizitlərə 12 milyon rubldan çox pul köçürüb, əlavə 10 milyon rublu isə nağd şəkildə kuryerə verib.
Hadisənin üzə çıxması ilə cinayət işi açılıb və şübhəli şəxslər saxlanılıb.
Roza
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
-
Sosial17:22Könül Həmzəyeva axtarışa verildi
-
Dünya16:43Hakan Fidandan Əraqçiyə xəbərdarlıq
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO




































