Dünya
Pakistandan Yaxın Şərqdəki müharibəyə görə KRİTİK QƏRARLAR
Yanacaq qiymətlərinin dünya bazarında artması fonunda Pakistan fövqəladə tədbirlər tətbiq edərək bütün məktəbləri bağlayıb və dövlət sektoruna həftədə dörd gün işləmək öhdəliyi qoyub.
Publika.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Baş nazir Şahbaz Şərif Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, hökumətin yanacaq istehlakını azaltmağa və tədarükdə yarana biləcək kəsintilərə hazırlaşmağa ehtiyacı olduğu barədə xəbərdarlıq edərək müvafiq tədbirləri elan edib. Şərif televiziya vasitəsilə müraciətində bildirib ki, ölkə boyu məktəblər iki həftəlik bağlanacaq, universitetlər və digər ali təhsil müəssisələri isə həmin müddət ərzində onlayn təhsilə keçəcək.
"Yaxın iki ay ərzində dövlət qurumlarının yanacaq kompensasiyaları 50 faiz azaldılacaq", — baş nazir əlavə edib.
O deyib ki, dövlət müəssisələri həftədə yalnız dörd gün işləmək məcburiyyətində qalacaq, dövlət qulluqçularının yarısına isə məsafədən işləmək tapşırılacaq.
Bundan əlavə, hökumət xidməti nəqliyyat vasitələrinin 60 faizinin istismarını iki ay müddətinə dayandıracaq, federal nazirlər maaşlarından imtina edəcək, parlament üzvlərinin maaşları isə 25 faiz azaldılacaq.
Ötən həftə Pakistanda yanacaq qiymətləri təxminən 20 faiz artıb və bu, ölkə daxilində yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranmasına səbəb olub.
Hüseyn İbadlı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”



















.jpg)


















