MDB
Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatdı - Yeniləndi
Qazaxıstan ərazisində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb.
Publika.az xəbər verir ki, seçici fəallığı 70,91 % təşkil edib.
Referendumda vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə, yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək.
***
Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendumda seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 51,93% təşkil edib. Qanunvericiliyə əsasən, bu göstərici referendumun baş tutmuş hesab edilməsi üçün kifayətdir.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyasında keçirilən brifinqdə məlumat verilib.
Komissiyanın katibi Şavkat Ötəmisovun təqdim etdiyi statistikaya əsasən, hazırkı vaxta qədər 6 471 378 vətəndaş səsvermə hüququndan istifadə edib.
Qazaxıstanın "Respublika referendumu haqqında" konstitusiya qanununa uyğun olaraq, siyahıya daxil edilmiş vətəndaşların yarıdan çoxu (50%-dən çoxu) səsvermədə iştirak etdikdə referendum baş tutmuş sayılır.
Qeyd edək ki, bu referendum üçün seçici siyahılarına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib. Beləliklə, səsvermənin başa çatmasına hələ bir neçə saat qalmış lazımi yetərsay təmin olunub.
Səsvermə prosesi ölkə boyu davam edir.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
