Magazin1
Aygün Kazımova: Əsl qadın eşqsiz yaşaya bilməz
"Mən həmişə aşiqəm - musiqiyə, hissin özünə. Əsl qadın bunsuz yaşaya bilməz. Bu, müəyyən bir insana aid olmasa belə, həyat vəziyyətidir. Aşiq olmaq enerjidir. Bu, yaratmaq, dəyişmək və parıldamaq istəyidir".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Nargiz Magazine"ə müsahibəsində deyib.
Pop kraliça sevgi ilə bağlı sualları cavablandırıb. Müğənni bildirib ki, sevgi onun üçün tək bir şəxsə yox, hər şeyə aiddir.
Kazımova mahnı seçimindən bəhs edib:
"Bəzən əvvəl musiqini eşidirəm. Bir akkord, bir ritm və artıq içimdə bir obraz, əhval, səhnə formalaşmağa başlayır. Hətta işığın necə olacağını, geyimin necə görünəcəyini və enerjinin necə olacağını təsəvvür edirəm. Bəzən isə hər şey bir söz və ya ürəyi tutan tək bir ifadə ilə başlayır. Sonra musiqi həmin duyğunun ardınca gəlir. Amma ən vacibi hissdir. Mən inanmadığım heç nəyi oxumuram. Əgər mahnı mənə toxunmursa, o tamaşaçıya da çatmaz. Buna görə başlanğıc nöqtəsi həmişə emosiyadır. Yalnız bundan sonra musiqi və sözlər bir-birini tapır".
Səhnə geyimlərindən danışan ölkənin əsas ulduzu "Sevmədiyim heç bir səhnə geyimim yoxdur. Hər səhnə obrazı bir hekayədir, xatirədir, emosiyadır. Hər geyim həmin anın enerjisini daşıyır - bəzən qələbə, bəzən risk, bəzən isə xüsusi bir həyəcan. Mən onlara laqeyd qala bilmərəm. Çünki kostyumlarım da mənim hekayəmin bir hissəsidir" sözlərini əlavə edib. (Axşam.az)
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
































.jpg)

