İdman
Ardanın möhtəşəm qolu tarixə necə düşdü?
Xəbər verdiyimiz kimi, “Real” İspaniya çempionatının 28-ci turunda “Elçe”no qəbul edib və 4:1 hesabı ilə qələbə qazanıb.
Publika.az xəbər verir ki, Matçın yekun hesabını Madrid təmsilçisinin yarımmüdafiəçisi Arda Güler müəyyənləşdirib. O, 89-cu dəqiqədə meydanın öz yarısından zərbə endirib. Top qonaq komandanın qapıçısının üzərindən keçərək qapı toruna düşüb,
Statistik Fran Martinesin hesablamalarına görə, Güler qola 68,7 metr məsafədən imza atıb. Onun məlumatına əsasən, bu, La Liqa tarixində ən uzaq məsafədən vurulan qoldur. Əvvəlki rekord “Numansiya” klubunun futbolçusu Antonioya məxsus idi. O, 2004-cü ilin noyabrında “Sevilya” klubunun qapısına 67 metr məsafədən qol vurmuşdu. Əgər Martinesin hesablamaları doğrudursa, 21 yaşlı Güler indi La Liqa tarixində ən uzaq məsafədən qol vuran futbolçu olacaq.
Tarixi hadisənin rəsmi təsdiqi yalnız La Liqa öz ölçmələrini tamamlayıb zərbənin dəqiq məsafəsini açıqladıqdan sonra veriləcək. Bununla belə, əvvəlki rekordla Gülerın zərbəsi arasındakı fərqin 1,7 metr olması nəzərə alınarsa, hesablamada səhv ehtimalı demək olar ki, yoxdur.
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu





























.png)


.jpg)




