Dünya
ABŞ İsrailin bu hücumundan xəbərsiz olub: Tramp İrana vəd verdi
ABŞ İsrailin İrandakı Cənubi Pars qaz yatağına hücumu ilə bağlı öncədən xəbərdar olmayıb.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
“İsrail, Yaxın Şərqdə baş verənlərə görə qəzəblənərək, İrandakı Cənubi Pars qaz yatağı kimi tanınan böyük bir obyektə şiddətli hücum etdi. Bütün obyektin nisbətən kiçik bir hissəsi zərər görüb. ABŞ bu konkret hücum barədə heç nə bilmirdi və Qətər dövləti heç bir şəkildə buna cəlb olunmayıb, həmçinin bunun baş verəcəyindən də xəbəri olmayıb. Təəssüf ki, İran bu faktları bilmirdi və əsassız şəkildə Qətərin LNG qaz obyektinin bir hissəsinə hücum edib”, - ABŞ lideri qeyd edib.
Tramp vurğulayıb ki, İran ağılsızcasına Qətərə yenidən hücum etməsə, İsrail tərəfindən Cənubi Pars qaz yatağına heç bir hücum olmayacaq.
“Əks halda ABŞ İranın indiyə qədər görmədiyi güc və miqyasda hücum edərək Cənubi Pars qaz yatağını tamamilə məhv edəcək. Mən bu səviyyədə zorakılıq və dağıntıya icazə vermək istəmirəm, çünki bunun İranın gələcəyinə uzunmüddətli təsirləri olacaq. Lakin Qətərin LNG obyektinə yenidən hücum edilərsə, bunu etməkdən çəkinməyəcəyəm”.
Roza
-
Yaxın Şərq12:42ABŞ İrana ordu yeridir: Pentaqonun gizli planı üzə çıxdı
-
Region11:55Ermənistanda bu universitetə Ağrı dağı ilə bağlı göstəriş verildi: Dəyişin
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu - Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto




































.jpg)