Dünya
Kralı utandırmaq təhlükəsi: ABŞ-Britaniya münasibətlərində gərginlik
İran müharibəsi ABŞ və Britaniya arasındakı "xüsusi münasibətləri" sarsıdan yeni bir diplomatik böhrana çevrilib.
Publika.az “Milliyet”ə istinadla xəbər verir ki, Vaşinqtonun müttəfiqlərindən daha çox hərbi dəstək istəyi və Londonun ehtiyatlı yanaşması iki ölkə arasında kəskin polemikaya səbəb olub.
Mübahisənin kölgəsi hətta kral ailəsi proqramına da çatıb. Britaniya siyasətində, Kral III Çarlzın ABŞ-a planlaşdırılan dövlət səfərinin təxirə salınmalı olduğu barədə fikirlər səslənir. Leyborist Partiyasından olan deputat Emili Tornberi bildirib ki, mövcud şəraitdə kral Tramp tərəfindən “utandırıla bilər” və buna görə səfər təxirə salınmalıdır.
Böhranın mərkəzində ABŞ prezidenti Donald Trampın İrana qarşı aparılan müharibədə Britaniyadan daha güclü hərbi dəstək istəməsi dayanır. Londonun bəzi tələblərə ehtiyatla yanaşmasından sonra Tramp Britaniyanın Baş naziri Keir Starmeri sərt sözlərlə tənqid edib.
Vaşinqtondan verilən açıqlamalar göstərir ki, Kral Çarlz "çox tezliklə" ABŞ-a gedəcək. Lakin bir çoxları inanır ki, Trampın davranışı səbəbindən Çarlz və həyat yoldaşı Kamillanın səfəri diplomatik qalmaqala çevrilə bilər.
Roza
-
MDB14:02Rubl sürətlə çökür: Rusiya gözünü bu prosesə dikib
-
Yaxın Şərq12:42ABŞ İrana ordu yeridir: Pentaqonun gizli planı üzə çıxdı
-
Region11:55Ermənistanda bu universitetə Ağrı dağı ilə bağlı göstəriş verildi: Dəyişin
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu - Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür












.jpg)






















.jpg)
