Nida Təhlil
Laricani buna görə öldürüldü - Xameneinin gizli missiyası
Əli Laricaninin ölümü teokratik İran üçün Qasım Süleymaninin ölümü qədər ciddi itki hesab oluna bilər. Süleymani birbaşa Xameneinin təlimatı ilə İranın “müqavimət oxu” adlandırdığı proksi qüvvələrin idarə edilməsi və coğrafiyasının genişləndirilməsini həyata keçirir, ümumilikdə Yaxın Şərqdə ABŞ və İsrailə qarşı siyasəti dizayn edirdi. Laricani isə həm ideolji, həm xarici siyasət sahəsində mühüm yer tuturdu. İkisini birləşdirən əsas faktor Xameneiyə yaxın olmaları və birbaşa onun təlimatı ilə hərəkət etmələri idi. Süleymaninin ölümündən sonra Laricaninin proksi qüvvələrin idarə edilməsində də rolu güclənmişdi.
Rejim daxilində Laricaninin əleyhdarları vardı, xüsusilə SEPAH-la problemlər yaşadığına dair məlumatlar daha öncə mediaya sızıb. Onun prezidentliyə namizədliyinin qeydə alınmaması, İbrahim Rəisinin dövründə kənarda qalması da bunun nəticəsi kimi qiymətləndirilirdi. Lakin o, hər zaman ideoloji, siyasi və hərbi qərarların qəbulunun mərkəzində olub.
Pezeşkianın gəlişi ilə idarəetmədə aktiv rol oynamağa başlayan Laricani Xameneinin ölümündən sonra müharibədə əsas həlledici fiqura çevrildi. Bunun səbəbi kimi onun Çin və Rusiya ilə diplomatik münasibətlərdə, eləcə də Yaxın Şərq siyasətində açar fiqura çevrilməsi, Xameneinin də belə bir missiyanı Laricaniyə həvalə etməsi görünür.
Praqmatist siyasətçi kimi tanınan Laricaninin post-Xamenei dövründə ABŞ və İsraillə anlaşma xətti tutacağı və İranın idarəçiliyini ələ alacağı gözləntiləri vardı. Lakin o, gözləniləndən daha sərt xətt izlədi.
- Müharibənin regional müstəviyə yayılması;
- ABŞ və İsraillə danışıqlardan imtina;
- Hörmüz boğazının bağlanması və qlobal iqtisadi risklərin yaradılması;
Müharibə şəraitində ölkənin idarəetməsində “kölgə fiqur” kimi qiymətləndirilən Laricani bu siyasəti izlədi. İstisna deyil ki, o, Xameneinin ölümündən öncə vəsiyyətinə-təlimatlarına uyğun hərəkət edirdi. Müharibənin başlanmasından iki həftə sonra hədəf seçilməsində də radikal mövqeyinin həlledici olduğu ehtimalı var.
Laricaninin ölümü İranda rejimin dağılması, yaxud təslim olması demək deyil, lakin idarəetmədə ciddi boşluq yarada bilər.
Asif Nərimanlı
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


