İrəvani BMT-yə məktub yazdı: Niyə susursunuz?
Bizi izləyin

Dünya

İrəvani BMT-yə məktub yazdı: Niyə susursunuz?

Tehran Birləşmiş Millətlər Təşkilatının İranın yüksək vəzifəli məmurlarının sui-qəsdi ilə bağlı davam edən susqunluğunu tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Təhlükəsizlik Şurasına məsələ ilə bağlı məktub yazıb.

İrəvani məktubunda şuranın səssizliyinin İsraili önəmli şəxsləri hədəf almağa daha da cəsarətləndirdiyini iddia edib.

O bildirib ki, əgər bu vəziyyət nəzarət altına alınmazsa, sui-qəsdlər normallaşa və digər ölkələrə də yayıla bilər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm