Nida Təhlil
İran müharibəsində yeni mərhələ: Trampın masasında hansı plan var?
ABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür.
Birincisi, hava zərbələrinin tədricən yekunlaşmasıdır: Bu mərhələdə hədəflərə tədricən nail olunduğu İranın hərbi itkiləri fonunda aydın görünür, rejimin süqutu baş verməyib və belə bir vəziyyətdə ABŞ-İsrail ya “qələbə” elanı edərək, geri çəkilməli, ya da müharibəni yeni mərhələyə keçirməlidir.
İkincisi, enerji bazarında yaranmış böhranlı vəziyyətdir: Trampın Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi məqsədilə koalisiyanın yaradılması çağırışları nəticə vermədi, bunun fonunda İran və Qətərdəki enerji obyektlərinə zərbələrin endirilməsi bazardakı riskləri gücləndirib.
ABŞ Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməklə bazarda stabilliyi bərpa etməli və İranın enerji ixracını bloklamaqla rejimi təslim olmağa məcbur etməli, yaxud ən azından çətin vəziyyətə salmalıdır. Bunun üçün daha öncə gündəmə gələn “Hörmüz boğazına ordunun yeridilməsi” və İranın enerji ixracının əsas mənbəyi olan Xarq adasını nəzarətə götürməlidir. Söhbət İran sahillərinin və adanın ələ keçirilməsindən gedir. “Röyters” agentliyi mənbələrə istinadən müdaxilə qərarı verilməsə də, planın Trampın masasında olduğunu və minlərlə amerikalı əsgərin bölgəyə göndərilməsi üzərində müzakirələrin getdiyini yazır. Üç ssenari gündəmdədir: dəniz və hava qüvvələri ilə Hörmüz boğazında keçidi təmin etmək; İran sahillərinin ələ keçirilməsi; Xarq adasını nəzarətə götürmək.
Əslində quru müdaxiləsi qərarında hər üç ssenarinin eyni vaxtda reallaşdırılması ehtimalı böyükdür. Çünki İranın sahil zolağına nəzarət etmədən Hörmüzdən tam təhlükəsiz keçidi təmin etmək çətindir, bununla yanaşı, mövcud vəziyyətdə rejimə vurula biləcək ən böyük zərbə Xarq adasına nəzarət etmək, neft ixracını dayandırmaqdır. Hava zərbələri mərhələsindən sonra ABŞ və İsrailin İran müharibəsində mümkün yeni addımı bu ola bilər.
Asif Nərimanlı
-
Sosial16:19Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
-
Sosial15:42Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:30Prezident fərman imzaladı
-
Dünya13:55Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?
-
Sosial13:10Sabah 31 dərəcə isti olacaq
-
Cənubi Qafqaz12:58Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı
-
Sosial12:46Yeni Günəşli sakinlərinə şad xəbər: Nəhəng park tikilir - FOTO/VİDEO
-
Rəsmi xronika12:03İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi








































