Dünya
Rusiyanın “Proqress” raketi orbitdə problemlə üzləşdi
Yer orbitində Rusiyanın "Proqress MS-33" nəqliyyat-yük gəmisinin antennasının açılması zamanı nasazlıq qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
"Buraxılışdan sonra "Proqress" gəmisinin "Kurs" avtomatik yaxınlaşma sisteminin iki antennasından biri plana uyğun olaraq açılmayıb. Bütün digər sistemlər normal rejimdə işləyir", — deyə NASA-nın saytında yerləşdirilən bəyanatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, rusiyalı mütəxəssislər artıq nasazlığın aradan qaldırılması istiqamətində işlərə başlayıblar.
İdarədən verilən məlumata görə, mövcud vəziyyətdə Rusiya tərəfi birləşmə üçün ehtiyat ssenarini nəzərdən keçirir. Bəyanatdan aydın olur ki, “Roskosmos” antennadakı problemlərin aradan qaldırılması üzrə işləri davam etdirəcək.
NASA-dan izah edilib ki, əgər antennanı açmaq mümkün olmasa, BKS komandiri, "Roskosmos"un kosmonavtı Sergey Kud-Sverçkov yaxınlaşma və birləşmə zamanı teleoperator idarəetmə rejimi sistemi (TORU) vasitəsilə gəminin idarə olunmasını əllə həyata keçirəcək".
Hüseyn İbadlı
-
Magazin106:16Brillinat Dadaşova oğlunun axtardığı xanım obrazından danışdı - Video
-
Region05:15İranda ölən kəşfiyyat nazirinin yerinə təyinat oldu
-
Magazin102:12Dilarə Əliyeva yeni imici ilə diqqət çəkdi - VİDEO
-
Magazin122 Mart 22:12Namiqin dəbdəbəli villası - Video
-
Yaxın Şərq22 Mart 21:48İsrail Livanın cənubundakı əsas körpülərdən birini məhv etdi - Video
-
Magazin122 Mart 21:36Rusiyada qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar olub - VİDEO
-
Region22 Mart 21:24İstanbulda fəlakət: 1 nəfər öldü, 10 nəfər xilas edildi - Yeniləndi
-
Magazin122 Mart 21:12Natavan qırmızı libasda - FOTO

























.jpg)





.jpg)

