Region
Qalibaf hücumların yeni hədəflərini açıqladı - “İran qanına bulaşıb”
Amerika qiymətli kağızlarını almaq yolu ilə ABŞ-ın hərbi-sənaye kompleksinə investisiya qoyan maliyyə təşkilatları İran ordusunun hücumlarının növbəti hədəfi olacaq.
Publika.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, həmin maliyyə təşkilatları hərbi bazalarla yanaşı, İslam Respublikasının qanuni hədəflərinə çevriləcək.
Qalibaf əlavə edib ki, ABŞ Xəzinədarlığının istiqrazları "İran qanına bulaşıb". Bu qiymətli kağızları alan təşkilatlar "öz qərargahlarına və aktivlərinə zərbə vururlar".
O qeyd edib ki, İran tərəfi investisiya portfellərini izləyir. Məclis sədri vurğulayıb ki, onun bu bəyanatı həmin maliyyə qurumlarına edilən son xəbərdarlıqdır.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
