Region
İranda ölən kəşfiyyat nazirinin yerinə təyinat oldu
İran Prezidenti Məsud Pezeşkian, kəşfiyyat naziri Esmail Xatibin ölümündən sonra bu posta müvəqqəti nazir təyin edib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
İran Prezidenti Administrasiyasının informasiya məsələləri üzrə müavini Məhəmməd Mehdi Təbatəbai "X" sosial şəbəkəsində yeni təyinat barədə məlumat verib. Onun sözlərinə görə, höccətül-islam Xatibin ölümündən dərhal sonra İran Prezidenti kəşfiyyat naziri vəzifəsinin icraçısının təyin edilməsi haqqında fərman imzalayıb və sənəd artıq müvafiq orqanlara təqdim olunub.
"Bu barədə məlumat vaxtında təqdim olunacaq. İslam Respublikasının bütün bölmələri möhkəm təməllərə malikdir və heç bir məsələ icrasız qalmayıb", - deyə Təbatəbai bildirib.
Xatib martın 18-də ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb. Konstitusiyaya əsasən, nazir olmadıqda, hər bir nazirliyə üç ay müddətinə vəzifə icraçısı rəhbərlik edə bilər.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
