Yaxın Şərq
“Hizbullah” Merondakı İsrail bazasına hücum etdi
“Hizbullah” hərəkatının hərbiləşdirilmiş dəstələri İsrailin Meron dağındakı hərbi-hava bazasını atəşə tutub.
Publika.az xəbər verir ki, bu barədə panərəb telekanalı "Al Mayadeen" məlumat yayıb.
"Hizbullah"ın kommünikesində bildirilir ki, hava əməliyyatlarının idarə edilməsi və radioelektron mübarizə mərkəzinin yerləşdiyi bazaya hücum zamanı yüksək dəqiqlikli raketlərdən istifadə olunub və onlar "düşmən obyektini vurub".
Şiə milisləri, həmçinin İsrailin Livandakı hərbi əməliyyatlarda iştirak edən bölmələrinin yerləşdiyi Avivim, Biranit, Birket-Rişe və Maalot-Tarşixədəki kazarmalarını minaatanlardan atəşə tutublar. Bundan əlavə, sərhədyanı Kiryat-Şmona, Metula, Misqav-Am, Zarit və Hanita yaşayış məntəqələrinə zərbələr endirilib.
Hüseyn İbadlı
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU




































