İranla münaqişədə məqsədimizə nail ola bilmədik - ABŞ-lı general
Bizi izləyin

Dünya

İranla münaqişədə məqsədimizə nail ola bilmədik - ABŞ-lı general

ABŞ İranla qarşıdurmada heç bir məqsədinə nail ola bilməyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis “X” hesabında bildirib.

"Biz çoxlu iranlını öldürdük və çox yer partlatdıq, lakin bu müharibədə heç bir məqsədimizə nail ola bilmədik", - Devis yazıb.

Onun sözlərinə görə, Vaşinqton İran rejimini, onun uzaqmənzilli raket ehtiyatlarını, dəniz qüvvələrini və nüvə obyektlərini məhv edə bilməyib.

Devis ABŞ-ın neft bazarındakı vəziyyətə görə yalnız rəqiblərini zənginləşdirdiyini, özü isə itkilər verdiyini vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm