Magazin1
"Parni iz Baku" KVN komandasının qurucusu bomj kimi öldü - FOTO
"Parni iz Baku" KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.
O bildirib ki, E.Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, E.Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan "Parni iz Baku" KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çinin yetişməsində müstəsna rol oynayıb.
1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.
Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan Elnur Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)






.jpg)






.jpg)












.jpg)


