Müəmmalı cinayət: Əlsiz-ayaqsız kişi mübahisə zamanı sərnişini güllələdi
Bizi izləyin

Dünya

Müəmmalı cinayət: Əlsiz-ayaqsız kişi mübahisə zamanı sərnişini güllələdi

ABŞ-da əlsiz-ayaqsız şəxs qətldə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə martın 22-də La-Plata şəhərində baş verib.

Məlumata görə, 35 yaşlı Dayton Ceyms Uebber tanışlarını avtomobillə gəzdirərkən yolda yaranan mübahisə zamanı maşına atəş açıb. Nəticədə ön oturacaqda olan 27 yaşlı sərnişin aldığı güllə yarasından hadisə yerində ölüb.

Hadisədən sonra şübhəli meyitlə birlikdə ərazidən uzaqlaşıb. Meyit bir müddət sonra yaxınlıqdakı həyətdə tapılıb. Polis Uebberi Virciniyada xəstəxanada saxlayıb.

Bildirilib ki, o, körpəlikdə keçirdiyi ağır xəstəlik səbəbindən əl və ayaqlarını itirib. Hazırda saxlanılan şəxs Merilend ştatına ekstradisiya gözləyir. Ona qarşı qətl ittihamları irəli sürülüb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm