İranın enerji infrastrukturu hədəfə alındı
Bizi izləyin

Dünya

İranın enerji infrastrukturu hədəfə alındı

ABŞ-İsrail hücumları İranın iki qaz qurğusunu və bir boru kəmərini hədəfə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumların bir hissəsi olaraq, İsfahandakı Kaveh küçəsindəki qaz idarəsi binası və qaz təzyiqinin tənzimlənməsi stansiyası hədəfə alınıb. Məlumata görə, mərkəzi İrandakı bu obyektlər qismən zərər görüb.

Bununla yanaşı, ölkənin cənub-qərbində yerləşən Xorrəmşəhr elektrik stansiyasının qaz boru kəməri də hücuma məruz qalıb.

Qeyd edək ki, bu hücumlar ABŞ lideri Donald Trampın enerji infrastrukturuna hücum təhdidindən geri çəkilməsindən bir neçə saat sonra həyata keçirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm