Lukaşenko ilk dəfə bu ölkəyə səfər edəcək - Bu mövzular müzakirə olunacaq
Bizi izləyin

Dünya

Lukaşenko ilk dəfə bu ölkəyə səfər edəcək - Bu mövzular müzakirə olunacaq

Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Pul Pervogo" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Lukaşenko 25 və 26 mart tarixlərində Şimali Koreyada olacaq.

Məlumata görə, səfər çərçivəsində Lukaşenko və Şimali Koreya lideri Kim Çen In arasında görüş baş tutacaq.

Qeyd olunub ki, səfərin məqsədi Belarus-Koreya münasibətlərinin müzakirəsi, qarşılıqlı maraq doğuran əsas sahələr və həyata keçirilməsi üçün ən perspektivli layihələrin müəyyən edilməsidir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm