Dünya
Bu ölkədə 300 illik qəbiristanlıqda “vampir” dəfnləri aşkarlandı
Polşada XVIII əsrə aid qəbiristanlıqda aparılan arxeoloji qazıntılar zamanı onlarla qeyri-adi dəfn nümunəsi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.
Bildirilib ki, alimlər qəbiristanlıqda cəmiyyət tərəfindən qorxulan və ya qəbul edilməyən şəxslərin dəfn olunduğunu ehtimal edirlər. Tapılan məzarlarda cəsədlərin üzərinə oraq və qıfılların yerləşdirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı bəzi cəsədlərin üzüaşağı basdırıldığı, bəzilərinin boyun hissəsinə oraq qoyulduğu, digərlərinin isə bədəninin müxtəlif nahiyələrinə daşların yerləşdirildiyi üzə çıxıb.
Mütəxəssislərin fikrincə, bu cür dəfn üsulları qədim inanclarla bağlı olub və ölülərin dirilməsinin qarşısını almaq məqsədi daşıyıb. Araşdırmaçılar tapıntılarla "vampir"lərlə bağlı mifoloji təsəvvürlər arasında əlaqə olduğunu bildirirlər.
Roza
-
Qoroskop18:36Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir
-
Ekologiya17:215 gün fasiləsiz yağış yağacaq, sel gələcək
-
Nida Xəbər 16:36Rusiya Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
-
Hadisə15:54Dəhşətli qəzada ölən şəxs QAZİ İMİŞ - FOTO
-
Dünya15:48Müəmmalı cinayət: Əlsiz-ayaqsız kişi mübahisə zamanı sərnişini güllələdi
-
Sosial15:30Azərbaycanda toyda maraqlı anlar: Bu adəti dəyişdilər - VİDEO
-
Magazin114:12"Parni iz Baku" KVN komandasının qurucusu bomj kimi öldü - FOTO
-
Magazin112:36Təranə və Musanın qızı canlı ifası ilə DİQQƏT ÇƏKDİ - VİDEO


















.jpg)







.jpg)








