İdman
"Nyukasl"da narazılıq: Rəhbərliklə görüşdə nə yaşanıb?
“Nyukasl”ın baş məşqçisi Eddi Haunun komandadakı gələcəyi sual altındadır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Klub rəhbərliyi ilə 48 yaşlı mütəxəssis arasında görüş keçirilib və burada komandanın inkişaf istiqamətləri, eləcə də yay transfer strategiyası müzakirə olunub.
Mənbələrin bildirdiyinə görə, “sağsağanlar” mövsümün sonunda Avropa kuboklarına vəsiqə qazana bilməsə, Hau komandanı tərk edə bilər. Klub rəhbərliyi məşqçiyə bildirib ki, mövcud büdcə heyəti ciddi şəkildə gücləndirməyə imkan vermir. Bununla belə, “Nyukasl” növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazana bilsə, vəziyyət dəyişə bilər.
Bildirilir ki, Hau klubun bu mövqeyindən ciddi narazı qalıb və gələcəyi ilə bağlı düşünməyə başlayıb.
Eddi Hau 2021-ci ildən “Nyukasl”a rəhbərlik edir. Bu müddətdə o, komanda ilə 224 oyun keçirib, 114 qələbə qazanıb, 42 heç-heçə edib və 68 məğlubiyyət yaşayıb. Hazırda komanda İngiltərə Premyer Liqasında 31 turdan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.
Heybət
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…






































