Yaxın Şərq
ABŞ İrana uduzur? - Senatordan açıqlama
ABŞ-ın Konnektikut ştatından olan nüfuzlu senator Kris Mörfi Pentaqon və Ağ Evin qapalı brifinqlərində iştirakına əsaslanaraq bildirib ki, ABŞ İrana qarşı müharibədə “biabırçı və sarsıdıcı məğlubiyyətə” uğrayır.
Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib ki, Vaşinqton əməliyyatın ilkin məqsədlərini dəyişməyib. Bu məqsədlərə İranın hava və dəniz qüvvələrinin, həmçinin raket və pilotsuz uçuş aparatları istehsal potensialının məhv edilməsi daxildir.
Mörfi isə qeyd edib ki, bu hədəflər yalnız taktiki xarakter daşıyır və ABŞ-ın ümumi strategiyası yoxdur:
“Problem bundadır ki, bunlar taktiki məqsədlərdir. Bu isə strategiya demək deyil. Əslində strategiya yoxdur”.
Onun sözlərinə görə, müasir müharibədə pilotsuz uçuş aparatları ənənəvi aviasiyanı əvəz edir və ABŞ İranın bütün dronlarını məhv etmək gücündə deyil:
“Onların pilotsuz aparatlarla hücumları davam edir”.
Mörfi əlavə edib ki, Hörmüz boğazının bağlanmasına İran Hərbi Dəniz Qüvvələri deyil, minlərlə sürətli kater və kamikadze tipli dəniz dronları səbəb olur:
“Biz onların hamısını məhv edə bilmirik. Boğaz Hərbi Dəniz Qüvvələri olsa da, olmasa da bağlı qalır”.
O, həmçinin diqqətə çatdırıb ki, əvvəlcə İranın raket potensialının “məhv edilməsi” məqsədi qoyulsa da, indi bu hədəf “azaldılması” ilə əvəzlənib:
“Bu dəyişiklik təsadüfi deyil. Çünki biz ilkin məqsədə nail ola bilməmişik. İranın hələ də böyük raket ehtiyatı var”.
Senator bildirib ki, ABŞ-ın İranın Yaxın Şərqdəki bazalara və enerji infrastrukturuna hücumlarının qarşısını tam almaq imkanı yoxdur.
Adəm
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz






.jpg)









.jpg)







.webp)











.jpg)

