Hadisə
Blogerin çəhrayı rəngə boyadığı fil öldü: Sosial media ayağa qalxdı - FOTO
Hindistanda rusiyalı bloger Yuliya Burlyayevanın fotosessiya üçün çəhrayı rəngə boyadığı 65 yaşlı fil ölüb. Heyvanın çəkilişdən bir neçə gün sonra tələf olması geniş reaksiyaya səbəb olub.
Publika.az xəbər verir ki, hadisə Caypur şəhərində baş verib.
İlkin məlumatlara görə, yaşlı filin ölümünə səbəb çəkiliş zamanı yaşadığı güclü stress və ya bədəninə çəkilən boyanın tərkibindəki toksik maddələr ola bilər.
Sözügedən fotosessiya 2025-ci ilin noyabrında Qaneşa məbədinin qarşısında baş tutub. Görüntülər yayıldıqdan dərhal sonra bloger heyvanlara qarşı amansız rəftarda ittiham olunub. İzləyicilər ona canlı varlıqlara əzab vermək əvəzinə, süni intellekt imkanlarından istifadə etməyi məsləhət görüblər.
Yuliya Burlyayeva isə ittihamları rədd edərək, filin çəkilişdən bir neçə gün deyil, bir neçə ay sonra təbii səbəblərdən öldüyünü iddia edir. Bloger hazırda hər dəqiqə lənət dolu mesajlar aldığını etiraf edib.
Mütəxəssislər xəbərdarlıq edir ki, hətta "təbii" adlandırılan boyalar belə heyvan dərisi üçün zərərli piqmentlər daşıya bilər. Xüsusilə yaşlı heyvanlar üçün boyanma prosesi ağır fiziki və psixoloji gərginlik yaradır ki, bu da son nəticədə ölümlə nəticələnə bilir.
Müəllif: Adəm
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı







.jpg)














.jpg)

.jpg)











