İdman
Kosovoda ara qarışdı: Millinin lideri Türkiyəyə taktikanı sızdırıb?
Kosovo millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off finalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olmasından sonra qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, azarkeşlər komandanın kapitanı Vedat Muriqini taktikanı rəqibə ötürməkdə ittiham edib.
Muriqi Prizren şəhərində doğulub. Bu bölgə uzun müddət Osmanlı imperiyasının tərkibində olub və əhalinin böyük hissəsi müsəlmandır. Futbolçunun türk dilini bilməsi də bəzi şəxslər tərəfindən onun Türkiyəyə bağlılığı kimi qiymətləndirilib.
Bu ittihamlara Muriqi isə sərt reaksiya verib:
“Milli komandanın oyunçusunun həlledici matçda yalnız Prizrendə doğulduğuna və türk dilində danışdığına görə oyun satacağını düşünmək ya psixoloji problemlərin göstəricisidir, ya da insanın qanı, hissləri və milli komanda üçün hər şeyini vermiş futbolçuya hörməti yoxdur.
Şəxsən mən bu ölkənin futbolu və milli komandası üçün ilk gündən dünənə qədər keçdiyim əzabları və yaşadıqlarımı sənə heç vaxt bağışlamayacağam. Allah səni lənətləsin!!!”, - deyə Muriqi “Instagram”da yazıb.
Heybət
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır

















.jpg)







.jpg)











