ABŞ
Trampdan Starmerə irad: Səhv yoldasınız!
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasətini sərt şəkildə tənqid edərək, ölkənin uçuruma getdiyini bildirib.
Publika.az xəbər verir ki, "Sky News" telekanalına müsahibə verən Tramp rəsmi Londonun enerji və miqrasiya sahəsindəki qərarlarını "ciddi səhv" adlandırıb.
Trampın fikrincə, Britaniya hökumətinin Şimal dənizində yeni neft və qaz layihələrindən imtina etməsi ölkənin enerji təhlükəsizliyinə böyük zərbə vurub. O qeyd edib ki, bu addım elektrik enerjisinin qiymətlərinin kəskin artmasına səbəb olub və xalqın rifahını pisləşdirib.
Britaniyanın miqrasiya siyasətini də hədəf alan ABŞ lideri, hazırkı kursun ölkə üçün ciddi çətinliklər yaratdığını vurğulayıb. Trampın sözlərinə görə, uğursuz enerji və miqrasiya qərarlarının birləşməsi Böyük Britaniyanın gələcək inkişafını sual altına qoyur.
Xatırladaq ki, Britaniya hakimiyyəti "yaşıl enerji"yə keçid çərçivəsində Şimal dənizində yeni yataqların işlənməsi üçün lisenziyaların verilməsini məhdudlaşdırıb. Eyni zamanda, ölkənin Daxili İşlər Nazirliyinin son məlumatları vəziyyətin gərginliyini təsdiqləyir. 2024-cü ilin iyunundan 2025-ci ilin iyununa qədər ölkədə 111 mindən çox sığınacaq müraciəti qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
