Sosial
Suraxanıda Autizm aylığı çərçivəsində tədbir keçirildi - FOTOLAR
Suraxanı Rayon İcra Hakimiyyətinin və "Autizm fərqlilikdir" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Autizm aylığı çərçivəsində Aura şadlıq sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, "Autizm fərqlilikdir" İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, autizm və digər inkişaf pozuntuları olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında dövlətimiz tərəfindən qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. İnklüziv və həssas cəmiyyətin formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai birliklərin, valideynlərin və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. RİH başçısı bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının üzə çıxarılması, onların sosial həyata fəal cəlb olunması və bərabər imkanlarla təmin edilməsi prioritet məsələlərdəndir. Adil Əliyev qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər təkcə sosial dəstək xarakteri daşımır, eyni zamanda cəmiyyətdə maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
"Autizm fərqlilikdir" İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva və digər qonaqlar çıxışlarında bu kimi təşəbbüslərin hər bir uşağın özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsini təmin etdiyini vurğulayaraq bildiriblər ki, belə tədbirlər onların sosial bacarıqlarının inkişafına, özünəinamlarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub, hədiyyələr təqdim edilib.
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?







.jpg)



























