Dünya
Baş nazirin xanımına 24 il həbs istənilir
İspaniyada Baş nazir Pedro Sançezin həyat yoldaşı Maria Beqona Qomez Fernandez barəsində qalmaqallı iddialar gündəmə gəlib.
Publika.az xəbər verir ki, ifrat sağçı “Hazte Oir” təşkilatı tərəfindən Qomezə qarşı dörd ayrı korrupsiya ittihamı ilə ittihamnamə hazırlanıb.
Təşkilat məhkəməyə müraciət edərək onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
İttihamnamədə qeyd olunur ki, Pedro Sançez 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Beqona Qomez siyasi təsir imkanlarından istifadə edərək həm özəl, həm də dövlət sektorlarına müdaxilə edib.
Bununla yanaşı, Baş nazirin köməkçisi Kristina Alvarez üçün 22 il, iş adamı Xuan Karlos Barrabes üçün isə 6 il həbs cəzası istənilib. Onların Qomezə yardım etməkdə ittiham olunduğu bildirilir.
Bütün ittihamları rədd edən Beqona Qomez Madrid Əyalət Məhkəməsinə müraciət edərək istintaqın dayandırılmasını və irəli sürülən ittihamların ləğvini tələb edib.
Baş nazir Pedro Sançez isə məsələ ilə bağlı açıqlamasında ədalət sisteminə güvəndiyini və həqiqətin zamanla üzə çıxacağını vurğulayıb.
Müəllif: Roza
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü

































