Dünya
İsrail mətbuatı "yeni tənlik" barədə yazdı: "Bu, təsadüf deyil, Türkiyə güc mərkəzidir"
İsrail mətbuatı ABŞ-İsrail və İran münaqişəsindən sonra Körfəzdəki təhlükəsizlik böhranının həllində Türkiyənin roluna diqqət çəkib.
Publika.az xəbər verir ki, “Epoch” nəşrində dərc olunan "Yeni güc mərkəzi: Türkiyə" başlıqlı məqalədə, bölgədə yaranan təhlükəsizlik böhranının Türkiyə üçün mühüm geostrateji fürsət olduğu iddia edilib.
Nəşrə əsasən, Türkiyə Körfəz ölkələrinin ehtiyaclarını düzgün analiz edərək qabaqcıl texnoloji imkanları, çevikliyi və Qərbin sərt məhdudiyyətlərindən müstəqil şəkildə hərəkət edə bilmə üstünlüyünü bir arada təqdim edir. Vurğulanıb ki, bu xüsusiyyətlər Türkiyəni region üçün son dərəcə cəlbedici tərəfdaşa çevirir.
Həmçinin qeyd edilib ki, Türkiyə son illərdə xüsusilə pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və ələ keçirmə texnologiyaları sahəsində əhəmiyyətli istehsal gücü və müstəqillik əldə edib.
Analitiklərin fikrincə, Türkiyə ilə dərinləşən əməkdaşlıq Körfəz ölkələrinin ABŞ-la münasibətlərində diqqətəlayiq bir transformasiyanı göstərir:
"Bu yanaşmanın arxasında ABŞ siyasətindəki məhdudiyyətlər, İsrailə qarşı həssaslıqlar və təhlükəsizlik qərarlarında daha müstəqil hərəkət etmək istəyi dayanır. Türkiyə ilə Körfəz ölkələri arasındakı yaxınlaşma təsadüf deyil. Bu, müharibənin şiddətləndiyi günlərdə tədbir olaraq qurulmuş yeni bir regional təhlükəsizlik mexanizmi yaratmaq axtarışının bir hissəsidir”.
Həmçinin qeyd olunub ki, Türkiyə yalnız sistemə inteqrasiya olunmuş bir aktor deyil, həm də onu formalaşdıran bir aktor olmağı hədəfləyir.
Müəllif: Roza
-
Nəqliyyat18:50Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma bərpa olunur? - Rəsmi/Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
































.jpg)


