Dünya
Hörmüz böhranı aviasiyaya zərbə vurdu - Təyyarə biletləri bahalaşacaq?
Hörmüz boğazında davam edən qeyri-müəyyənlik qlobal bazarları sarsıtmağa davam edir. Mütəxəssislərin fikrincə, Yaxın Şərqdəki gərginlik mülki aviasiyaya ən böyük zərbələrdən birini vura bilər.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” təhlil yazısı dərc edib.
Təhlilə əsasən, fevralın 28-də ABŞ, İsrail və İran arasında başlayan müharibədən sonra enerji bazarlarındakı dalğalanmalar bir çox sektorda fasilələrə səbəb olub. Əsasən də təyyarə yanacağı təchizatındakı çətinliklər səbəbindən bir çox Avropa mərkəzli şirkətlər artıq uçuşları ləğv etməyə başlayıb. Bu, sərnişin axınının artdığı yay aylarında bilet qiymətlərinə birbaşa təsir göstərə bilər.
Rəsmilər artan narahatlıqlara baxmayaraq, Avropa İttifaqının təcili ehtiyatlarının artıq mövcud olduğunu bildiriblər. Onlar həmçinin, iddia edir ki, uçuşların ləğv olunması yanacaq böhranı səbəbindən deyil, artan xərclərlə bağlıdır.
Məlumata görə, Avropa təyyarə yanacağının təxminən 75 faizini Yaxın Şərqdən idxal edir. Bu o deməkdir ki, gündə təxminən 375 min barel təyyarə yanacağı tədarük olunur. Lakin ABŞ, İsrail və İran arasında müharibədən sonra pozulmuş təchizat zənciri bu ölkələri alternativlər axtarmağa məcbur edir. ABŞ bu alternativlərin ön sıralarındadır. Önümüzdəki aylarda aviaşirkətlərin Körfəzdən ödəyə bilmədiyi təyyarə yanacağı ehtiyaclarını kompensasiya etmək üçün ABŞ-dan alışların rekord səviyyəyə - 200 min barelə çatacağı gözlənilir.
Lakin ekspertlərin fikrincə, Avropa şirkətlərinin sərnişin axınının artacağı gözlənilən yay mövsümündən əvvəl ABŞ-a üz tutması aydın bir həll yolu kimi görünmür. Hətta ABŞ-ın reaktiv yanacaq tədarükünün mərkəzində olduğu bir ssenaridə belə, Avropada gündəlik 175 min barel kəsir var.
Hörmüz boğazında davam edən qeyri-müəyyənlik və ABŞ-ın müdaxiləsinə baxmayaraq reaktiv yanacaq çatışmazlığı ehtimalı nəzərə alınmaqla, aviaşirkətlərin yanacaq ehtiyatlarından daha səmərəli istifadə etmək üçün əlavə tədbirlər də görəcəyi proqnozlaşdırılır.
Müəllif: Roza
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı





















.jpg)









