ABŞ PUA-sı Hörmüzdə balıqçı qayığını vurdu
Bizi izləyin

Yaxın Şərq

ABŞ PUA-sı Hörmüzdə balıqçı qayığını vurdu

ABŞ PUA-sı Hörmüzdə balıqçı qayığını vurdu

ABŞ-nin pilotsuz uçuş aparatı (PUA) İranın cənubundakı Hörmüz boğazında göyərtəsində üç nəfər olan balıqçı qayığına hücum edib.

Publika.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun mətbuat xidməti məlumat yayıb.

"Təcavüzkar Amerikanın pilotsuz uçuş aparatı göyərtəsində üç nəfər olan balıqçı qayığına zərbə endirib. Onlardan ikisi tapılaraq Sirik xəstəxanasına çatdırılıb", - bəyanatda bildirilib.

Məlumata görə, digər bir nəfərin taleyi məlum deyil, onun axtarışları davam edir.

Daha əvvəl İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından şərqdə neft tankerinin minaya düşərək partlaması barədə məlumat vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm