ABŞ
“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
Nyu-Yorkda “qırmızı fənərlər məhəlləsi” adlandırılan ərazidə baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Bildirilib ki, faciə Korona rayonunda Cunction Bulvarı ilə Ruzvelt prospektinin kəsişməsində baş verib. Şəhərin bu hissəsi qanunsuz fahişəxanaların və küçə fahişəliyinin geniş yayıldığı ərazi kimi pis şöhrət qazanıb.
Nəşrin məlumatına görə, polis atəş açmaqda şübhəli bilinən 18 yaşlı şəxsi saxlayıb. Məlumata görə, onun hərəkətləri nəticəsində 21 yaşlı gənc həlak olub. O, döş qəfəsindən güllə yarası alıb.
“Mərhum Elmxerst xəstəxanasına çatdırılıb və orada həkimlər onun ölümünü təsdiqləyiblər”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, atışma zamanı daha iki kişi – 24 və 38 yaşlı şəxslər yaralanıb. Onlardan birinin sol bud nahiyəsində, gövdəsində və çiynində güllə yaraları aşkarlanıb. Digəri isə gövdəsindən yaralanıb. Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hüseyn İbadlı
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video




































