Dünya
İran iki Avropa ölkəsini təhdid etdi - İndi nə baş verəcək?
İran Xarici İşlər Nazirliyi başçısının müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazında Fransa, Böyük Britaniya və ya digər ölkələrin hərbi gəmilərinin mövcudluğu Tehranın sərt reaksiyasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə İranın "Al Alam" telekanalı məlumat yayıb.
"Fransa, Böyük Britaniya və ya hər hansı başqa ölkənin ABŞ-nin fəaliyyətinə dəstək məqsədilə bölgədə hərbi iştirak nümayiş etdirməsi dərhal və qəti cavabla qarşılanacaq", - deyə Qəribabadi bildirib.
O, həmçinin Paris və Londona vəziyyəti daha da gərginləşdirməmək çağırışı edib.
İran XİN rəhbərinin müavini qeyd edib ki, xarici hərbi gəmilərin bölgədə yerləşdirilməsi yalnız Hörmüz boğazının daha da hərbiləşməsinə və böhranın dərinləşməsinə səbəb olacaq. (Oxu.az)
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ

































