Dünya
460 milyon qrivnanın yuyulmasında iştirak edib... - Yermakı hansı cəza gözləyir?
Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermaka qarşı ittiham irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə qurumların yaydığı müvafiq açıqlamalarda bildirilib.
Məlumata görə, Kiyev yaxınlığındakı elit tikintidə 460 milyon qrivnanın (10,5 milyon dollar - red.) leqallaşdırılmasında iştirak edən mütəşəkkil qrup ifşa edilib. Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri də onun iştirakçılarından biridir və ona qarşı ittiham irəli sürülüb.
Qeyd edək ki, Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsinə (cinayət yolu ilə əldə edilmiş əmlakın mütəşəkkil qrup tərəfindən və ya xüsusilə külli miqdarda leqallaşdırılması) əsasən, cəza əmlak müsadirə olunmaqla, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmədir.
Xatırladaq ki, ötən ilin noyabrın 28-i Yermakın ünvanında axtarışlar aparılıb və daha sonra o, vəzifəsindən azad edilib.
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI


































