Dünya
Şimali Koreya donanması daha təhlükəli oldu - Kim Çen In bəyan edib ki...Kim Çen In bəyan edib ki...
Koreya Xalq Demokratik Respublikasının (KXDR) donanmasının nüvə silahı ilə təchiz edilməsi proqramı planlaşdırılmış kurs üzrə dəqiq şəkildə davam edir.
Publika.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bunu ölkə lideri Kim Çen In bəyan edib.
"Hərbi Dəniz Qüvvələri strateji vasitələrə malik silahlı qüvvə növü kimi qürurla böyüyür, onların nüvə silahı ilə təchizatı inkişaf qrafikinə uyğun olaraq dəqiq şəkildə irəliləyir", - deyə o bildirib. O, baş verənləri çox mühüm strateji proses adlandırıb.
Kim Çen In qeyd edib ki, Şimali Koreya donanması strateji vasitələrlə təchiz edilmiş tamhüquqlu bir qoşun növünə çevrilir. O vurğulayıb ki, "Çve Hyon" esminesi istənilən akvatoriyada əməliyyat tapşırıqlarını düzgün yerinə yetirməyə qadir olan güclü dəniz döyüş sistemidir.
Daha əvvəl Kim Çen In ABŞ-ın hərəkətləri və Yaxın Şərqdəki "qanlı vəziyyət" fonunda nüvə potensialını sürətləndirilmiş templə artırmaq planları barədə məlumat vermişdi. O, ABŞ və Cənubi Koreyanı hərbi təlimlər, kəşfiyyat fəaliyyətləri və "nüvə məsələləri üzrə məsləhət qrupu"nun iclası çərçivəsində KXDR-ə qarşı nüvə müharibəsi üçün detallı plan tərtib etdiklərinə görə Koreya yarımadasında vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Hüseyn İbadlı
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI




































